TBİLİSİ, 27 fevral. TELEQRAF

“Reallıqda bu gün Almaniyanın Gürcüstanda səfiri yoxdur. Almaniyanın Gürcüstandakı radikal müxalifətdə nümayəndəsi var. Səfiri başqa cür adlandırmaq mümkün deyil”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın səfiri Peter Fişerin ölkəsinin Gürcüstanla elm sahəsində əməkdaşlığı dayandırması haqqında bəyanatını şərh edən baş nazir bildirib ki, Almaniyanın təhsil naziri vəzifəsini tərk etməzdən öncə quyruq bulayıb.

İ.Kobaxidze gələcəkdə Almaniya və Gürcüstan arasında sıx əməkdaşlığın qurulacağına ümidvarlığını ifadə edib.

“Biz Almaniya ilə sıx münasibətlərin bərpasında çox maraqlıyıq. Reallıq dəyişən kimi münasibətlərimizdə irəliləyişlərin olacağını düşünürəm”, - hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gün Peter Fişer “X” hesabında Almaniyanın Təhsil Nazirliyinin Gürcüstanla elmi əməkdaşlığı dondurğunu yazıb.