BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, açıqlamada soyqırımını törədən Ermənistanın bu cinayətkar əməli qınanılıb.

“1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən günahsız dinc əhaliyə qarşı törədilmiş qətliamı pisləyirik.

Xocalıda şəhid olan 613 qardaşımızın, yaralananların, əsir və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir.

Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - nazirlik bildirib.