BAKI, 3 noyabr. TELEQRAF

Bu ilin oktyabr ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.