BAKI, 28 sentyabr. TELEQRAF

Macarıstan parlamenti oğurluqda ittiham olunan Baş nazir Peter Madyarı toxunulmazlıqdan məhrum edib.

Bu barədə Teleqraf Macarıstan KİV-nə istinadən xəbər verir.

Qərara 139 deputat səs verib, əleyhinə və bitərəf qalan olmayıb.

Bundan başqa, ölkə parlamenti ittiham tərəfinin vəsatəti ilə deputatlar Balaş Hanko və Mikloş Sestakı da toxunulmazlıqdan məhrum edib.

Qeyd edək ki, P. Madyar mobil telefon oğurluğunda ittiham olunur. 2024-cü ilin iyununda o, gecə klubunda onu gizli videoya çəkən şəxsin telefonunu alaraq Dunay çayına atıb. Baş nazir ittihamları rədd edib və bunun keçmiş hakimiyyətin təxribatı olduğunu bildirib.

Peter Madyar istintaqla əməkdaşlıq edəcəyini deyərək toxunulmazlığının ləğvini özü xahiş edib.