BAKI, 28 sentyabr. TELEQRAF
Ukrayna ordusu “Vivaldi” əməliyyatı çərçivəsində Donetsk vilayətinin Liman şəhərinin daha üç yaşayış məntəqəsini azad edib.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri Ridkodub, Novoye və Katerinovkanı azad edib, həmçinin Novomixaylovka və Lipovoye ətrafında nəzarəti bərpa edib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Novoye yaşayış məntəqəsində Rusiya ordusunun mövqeyi ələ keçirilib:
“Vivaldi” əməliyyatının bu mərhələsində daha 51 kvadrat kilometr Ukrayna torpağını geri qaytarmaq mümkün olub, hücum əməliyyatlarının başlanmasından bəri isə bu göstərici 176 kvadrat kilometr təşkil edir.
Məlumata görə, əməliyyatlar zamanı Rusiyanın canlı qüvvə itkiləri 2 mindən çox olub, 250-dən çox hərbçi isə əsir düşüb: “İşğalçıların bütöv bölmələri, o cümlədən zabitlər, pilotlar, artilleriyaçılar və digərləri tam heyətlə təslim olublar”.