BAKI, 28 sentyabr. TELEQRAF

“Avropa ekzistensial böhranla üzləşib”.

Teleqraf xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland deyib.

Eks-prezident bildirib ki, Avropa əvvəl maliyyə, ardınca səhiyyə sahəsindəki böhranların öhdəsindən gələ bildiyi dövrlərdəki Avropa deyil.

“Avropa ekzistensial böhranla üzləşib. Bu baxımdan, gələn il Fransada keçiriləcək prezident seçkiləri təkcə mənim ölkəm üçün deyil, həm də Avropa quruculuğu və dünyada qüvvələr balansı üçün həlledici əhəmiyyət daşıyacaq. Biz çoxsaylı təhlükələrin olduğu, daha təhlükəli və daha sərt dünya ilə üz-üzəyik”, - Olland vurğulayıb.