BAKI, 28 sentyabr. TELEQRAF

Sentyabrın 27-də istefa verən Aleksandr Vuçiç Serbiya prezidentinin səlahiyyətlərini ölkə parlamentinin sədri Ana Brnabiçə təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə “Politica” məlumat yayıb.

Ana Brnabiç Serbiya parlamentinin spikeri vəzifəsini icra edən ilk qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxsdir.

Səlahiyyətlərin təhvil verilməsi Serbiya Prezident Administrasiyasında protokolun imzalanması və rəsmi sənədlərin, hesabatların, hədiyyələr reyestrinin və prezidentinin möhürünün təhvil verilməsi ilə həyata keçirilib.

Aleksandr Vuçiç bundan əvvəl istefa verib. Serbiya Konstitusiyasına əsasən, o, artıq prezident vəzifəsinə namizədliyini irəli sürə bilməz. Amma Vuçiç baş nazir vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb.