BAKI, 28 sentyabr. TELEQRAF

“Rusiyanın guya Moldovaya hücum edəcəyi ilə bağlı yayılan iddialar gərginliyin süni şəkildə artırılmasına xidmət edir və heç bir əsası yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov deyib.

“Burada qarşıdurma atmosferinin, müharibə təhlükəsinin və guya Rusiyanın az qala Moldovaya hücuma hazır olması ilə bağlı iddiaların qızışdırılması tamamilə heç bir əsasa malik deyil”, - diplomat vurğulayıb.

Oleq Ozerov iddia edib ki, Moldova Rusiyanın hədəfi deyil.