BAKI, 31 avqust. TELEQRAF
“İslandiya xalqı referendumda öz mövqeyini açıq şəkildə bəyan elədi, buna görə də Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlar davam etdirilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İslandiya xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir deyib.
“İslandiya xalqı öz sözünü dedi. Dünənki referendumun nəticəsi o deməkdir ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar artıq davam etməyəcək. Amma Aİ və onun üzv dövlətləri ilə sıx əməkdaşlığımız Avropa İqtisadi Sazişi əsasında davam edəcək”, - nazir bildirib.
İslandiyada keçirilən referendumun yekun nəticələrinə görə, əhalinin 52,8 faizi Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına qarşı, 47,2 faizi isə danışıqların bərpasına səs verib.