BAKI, 14 oktyabr. TELEQRAF

Corc Vaşinqtonun prezidentliyi dövründə ABŞ zərbxanası tərəfindən buraxılmış nikel sikkə hərracda təxminən 2,93 milyon dollara satılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Heritage Auctions" veb saytında məlumat verilib.

Sikkə 1792-ci ildə buraxılıb. Hərrac zamanı lot 66 təklifi keçərək rekord qiymətə - 2,928 milyon dollara çatıb.

Hərrac 8-9 oktyabr tarixlərində baş tutub. Hərrac evi sikkənin müstəsna vəziyyətini və milli əhəmiyyətini yüksək qiymətləndirib.