BAKI, 13 oktyabr. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla İrana hücumların bərpasının mümkünlüyünü müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Televiziyasının "12-ci Kanalı" məlumat yayıb.

Kanalın Amerika mənbəsinə istinadən verdiyi məlumata görə, Vaşinqton İsrail baş nazirinin seçkilərdən əvvəl İrana hücumları bərpa etmək istəyindən məmnun qalmayıb. İsraildə parlament seçkiləri oktyabrın 27-nə planlaşdırılıb.