BAKI, 3 avqust. TELEQRAF
İspaniyanın Seuta şəhərindəki miqrant böhranı İtaliya Baş naziri Corciya Meloni və Fransa Milli Cəbhə partiyasının sədri Marin Le Penin siyasi mövqelərini gücləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Spectator” yazıb.
Nəşrin yazdığına görə, Meloni Seutadakı durumdan maksimum istifadə edir. Baş nazir gələn il İtaliyada keçiriləcək parlament seçkiləri fonunda İspaniyadakı hadisələrin rəqiblərindən daha çox onun mövqeyini gücləndirəcəyini anlayır. Coriya Meloni artıq baş verənlər fonunda özünü “sərhəd nəzarəti məsələsində Avropanın ən sərt lideri” kimi təqdim edir.
Le Penə gəlincə, Fransa müxalifətinin lideri Seuta miqrant böhranı fonunda ölkə sərhədlərində nəzarətin gücləndirilməsinin zəruri olduğuna inanır. Əgər 2027-ci ildə prezident seçilərsə, o, “ancaq Avropa İttifaqı vətəndaşları üçün Şengen zonasında sərbəst hərəkət hüququnu özündə saxlayaraq bu dəliliyə son qoymaq” niyyətində olduğunu bildirib.
“The Spectator” əlavə edib ki, sorğular Le Penin mövqeyinin böyük dəstək aldığını göstərir.