BAKI, 3 avqust. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni digər ölkələrdə də “Albaniya modeli”nə bənzər şəkildə qanunsuz miqrantların repatriasiya mərkəzlərinin yaradılması təklifi verəcək.
Teleqraf xəbər verir ki, Baş nazir avqustun 4-də keçiriləcək Avropa İttifaqı Şurasının iclasında qanunsuz miqrasiyanın idarə olunması ilə bağlı təklif verməyi planlaşdırır.
Təklifə əsasən, Avropa İttifaqının maliyyələşdirməsi ilə ittifaq sərhədlərindən kənarda, o cümlədən Ermənistanda, Monteneqroda və Afrika ölkələrində qanunsuz miqrantların yerləşdirilməsi üçün mərkəzlər yaradılmalıdır.
İtaliya mətbuatı yazıb ki, Meloni öz miqrasiya siyasətinin Aİ tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır.