BAKI, 29 iyun. TELEQRAF
“Rusiya Finlandiyada nüvə silahının yerləşdirilməsinə qoyulan qadağaya cavab olaraq hərbi-texniki və siyasi tədbirlər görəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Kimsə bu cür tədbirlərin vaxtında və effektiv şəkildə görüləcəyinə şübhə etməsin. Bu baxımdan, Finlandiya xalqı öz elitasının bu qərarının Finlandiyanın təhlükəsizliyini yaxşılaşdırıb-yaxşılaşdırmayacağını düşünməlidir”, - diplomat bildirib.
Mariya Zaxarova qonşu ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini “Rusiyanın milli təhlükəsizliyinə real təhdid yaradan əsassız qərar” adlandırıb.
Qeyd edək ki, Finlandiya Prezidenti Aleksandr Stubb bundan əvvəl ölkəyə nüvə silahlarının idxalına və saxlanmasına icazə verən düzəlişləri təsdiqləyib.