BAKI, 19 iyun. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampın şəkil çəkdirməsi üçün ona yalvarması barədə açıqlaması “uydurma” adlandırıb.
Teleqraf xəbər verir ki, İtaliya lideri heç vaxt heç nə üçün Amerika Prezidentinə yalvarmadığını deyib.
“Bəzi şeylərə dərhal reaksiya tələb olunur. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Şoka düşdüm, ABŞ Prezidentinin müttəfiqlərinə qarşı niyə bu cür davrandığını bilmirəm. Bu hal ilk dəfə deyil, ancaq onu deyə bilərəm ki, Qərbin düşmənlərinə qarşı mübarizədə onun eyni qətiyyəti göstərməməsi təəssüf doğurur. Nə mən, nə də İtaliya heç vaxt heç nə üçün yalvarmırıq”, - Meloni vurğulayıb.
İtaliya xarici işlər naziri və baş nazirin müavini Antonio Tacani də ABŞ-yə səfərinin ləğv olunduğunu açıqlayıb:
“Prezident Trampın Baş nazir Corciya Meloniyə qarşı ciddi və təhqiramiz sözləri bütün İtaliyaya qarşı təhqirdir. Buna görə də, 21-22 iyun tarixlərində ABŞ-yə planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim”.
ABŞ Prezidentinin İtaliyada etiraz yaradan fikirləri belədir:
“Yəqin (G7 sammitində - red.) onunla danışdığıma görə sevinir. Mənim onunla danışmaq öhdəliyim yox idi. Şəkil çəkdirmək üçün mənə yalvarırdı. Mənimlə şəkil çəkdirmək istəyirdi. Mən bunu etməyə də bilərdim, amma ona yazığım gəldi”.