BAKI, 11 iyun. TELEQRAF
“İran səhv yolda davam edərsə, Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməlidir”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“İran böhranın sona çatmasına kömək etməsə, Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazır olmalıdır”, - İtaliya lideri vurğulayıb.