BAKI, 2 iyun. TELEQRAF
Serbiya Avropa İttifaqına (Aİ) üzvlük istiqamətindəki siyasətini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Bloomberg" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ölkəsi hansı təzyiqlərlə üzləşməsindən asılı olmayaraq, Aİ-yə inteqrasiya yolundan geri çəkilməyəcək:
"Serbiya Avropa İttifaqına üzv olmaq üçün tələb olunan şərtləri yerinə yetirmək istiqamətində işlərini davam etdirəcək".