BAKI, 9 may. TELEQRAF

Parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar parlamentdə səsvermə nəticəsində Macarıstanın yeni Baş naziri seçilib.

Teleqraf xəbər verir ki, bu postda o, 16 ildən çox Macarıstan hökumətinə rəhbərlik etmiş Viktor Orbanı əvəz edib.

Parlamentin 140 üzvü lehinə, 54-ü əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.

Səsvermənin nəticələrinin elan edilməsindən dərhal sonra Peter Madyar ölkənin yeni hökumət başçısı kimi and içib.