BAKI, 9 may. TELEQRAF

“Almaniya SSRİ-nin nasizm üzərində qələbədəki həlledici rolunu qəbul etməkdən imtina etməklə, son dərəcə təhlükəli yol seçib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə yerli mediaya müsahibəsində deyib.

“Almaniya təhlükəli yola üz tutub. Bu, ilk dəfə deyil”, - Kremlin nümayəndəsi vurğulayıb.