BAKI, 30 aprel. TELEQRAF

Macarıstanın gələcək Baş naziri olacaq Peter Madyar Kiyevin Avropa İttifaqına üzvlük danışıqlarına başlamasını təsdiqləməzdən əvvəl Ukraynadakı etnik macarların hüquqlarının genişləndirilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Peter Madyar Avropa Şurasının prezidenti Antonio Koşta ilə görüşdə Macarıstanın hazırkı Baş naziri Viktor Orbanın mövqeyi ilə qismən uyğun gələn tələblər irəli sürüb. Bu tələblərə etnik macarların öz ana dillərində təhsil almaq hüququnun tanınması da daxildir.