BAKI, 23 aprel. TELEQRAF
Finlandiya ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağadan imtina edir.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, hökumət müdafiə məqsədilə nüvə silahının ölkəyə gətirilməsinə, saxlanmasına və daşınmasına icazə verilməsi barədə təklifi parlamentə təqdim edib.
"Hökumət parlamentə "Atom enerjisi haqqında" qanuna və Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi barədə təklif təqdim edib", - nazirliyin məlumatında bildirilir.
Xatırladaq ki, Finlandiyanın 1987-ci ildə qəbul edilmiş mövcud qanunvericiliyinə əsasən, nüvə yüklərinin ölkə ərazisinə idxalı, istehsalı, saxlanması və istifadəsini, hətta müharibə dövründə belə qadağandır.