BAKI, 17 aprel. TELEQRAF

“Yaxınlarda Baş nazir Administrasiyasını bizə təhvil verəcək Viktor Orbanın komandası müəyyən sənədləri məhv etməyə başlayıb”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar deyib.

“Müxtəlif dövlət qurumlarından, hakim “Fides” Partiyası ilə əlaqəli institutlardan və mənbələrdən sənədlərin genişmiqyaslı şəkildə məhv edilməsi barədə çoxsaylı məlumatlar alırıq”, - o bildirib.

Qeyd edək ki, Peter Madyar Baş nazir vəzifəsinin icrasına mayın 9-10-da başlayacaq.