BAKI, 16 aprel. TELEQRAF
Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavanın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü ideyasını dəstəkləmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Ukraynanın Aİ-yə sürətli inteqrasiyasına qarşı çıxan Macarıstanın gələcək Baş naziri Peter Madyarın mövqeyini şərh edərkən bildirib.
Sikorskinin sözlərinə görə, Polşa da eyni fikri bölüşür və Ukraynanın tam üzvlük prosedurundan keçməli olduğuna inanır:
“Mövqeyimiz Ukraynaya məlumdur. Avropa Komissiyasının da sürətləndirilmiş üzvlüklə bağlı bəyan edilmiş mövqeyi var. Bu, baş verməyəcək”.
Radoslav Sikorski bütün namizəd ölkələrin eyni qaydalara əməl etməli olduğunu vurğulayıb: “Ukrayna da bütün şərtləri yerinə yetirməlidir, biz da zamanında bunu etmişik”.