BAKI, 13 aprel. TELEQRAF
“Almaniya hökuməti ABŞ-nin İrana qarşı dəniz blokadası qərarının diplomatik prosesin sonu yox, təzyiqi artırmaq cəhdi olduğunu düşünür”.
Teleqraf xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius deyib.
“Hörmüz boğazı və ya “blokada” – bu, diplomatik prosesin sonu demək deyil. Bunu təzyiqi artırmaq cəhdi kimi şərh edirik. Hörmüz boğazı danışıqlarda bir növ sövdələşmə predmetidir, görünür, indi hər iki tərəf üçün belədir”, - Almaniya rəsmisi bildirib.
Kornelius qeyd edib ki, söhbət Hörmüz boğazının yox, İranın dəniz limanlarının blokadasından gedir.
“Bu münaqişənin gərginliyini azaltmağın və ona son qoymağın yeganə yolu diplomatiyadır. Üç məsələdə razılığa gəlmək lazımdır. Birincisi, Hörmüz boğazıdır. İkincisi, İranın nüvə və raket proqramlarıdır. Üçüncüsü, İranın bölgədəki proksi qüvvələrə dəstəyidir. Bu məsələlər danışıqlar yolu ilə həll edilməlidir”, - hökumətin sözçüsü vurğulayıb.