BAKI, 10 aprel. TELEQRAF
“Avropa İttifaqı (Aİ) ABŞ-dən müstəqil şəkildə NATO daxilində təhlükəsizlik sistemi qurmalıdır”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni NATO baş katibi Mark Ruttenin Vaşinqtona səfərindən sonra deyib.
“Avropa İttifaqı məsuliyyəti öz üzərinə götürməli və ilk növbədə öz təhlükəsizliyini təmin etmək üçün alyansın Avropa sütununu cəsarətlə qurmalıdır”, - Baş nazir vurğulayıb.
Meloni qeyd edib ki, Aİ artıq ABŞ-yə çoxsaylı təhqirlər və alçaldıcı hərəkətlərə göz yummayacağını açıq şəkildə bildirib. İtaliya lideri Qrenlandiya ilə bağlı vəziyyəti və tarif sazişləri məsələsini nümunə kimi göstərib.
“İtaliyanın razı olmadığı və iştirak etmədiyi ABŞ-İran müharibəsi ilə bağlı da eyni şeyi etdik”, - o əlavə edib.