BAKI, 10 aprel. TELEQRAF
“ABŞ-dən olan tərəfdaşlarımıza bildirmişəm ki, Vladimir Putinin sülh istəyib-istəmədiyini anlamaq üçün üçün bir sıra suallara cavab tapılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Onlara söyləmişəm ki, əvvəlcə ərazi məsələsini müzakirə etmək üçün liderlər səviyyəsində görüş təşkil edilməlidir. Amma Putin bundan imtina edib. İkincisi, əgər atəşkəsdən sonra təcavüzü davam etdirmək istəmirsə, təmas xətti boyunca ABŞ və Avropa qoşunlarının yerləşdirilməsini təklif etsin. Putinin cavabı belə oldu: “Xeyr, xarici qoşunlar olmayacaq”. Niyə? Bu, yalnız onun istədiyini almaq mənasına gəlir”, - o vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin hədəfi Donbasla yekunlaşmır:
“Üçüncüsü, Rusiyanın təxminən 17 milyon kvadrat kilometr ərazisi var. Buna baxmayaraq, o, amerikalılara deyir: “Problem nədir? Cəmi 6000 kvadrat kilometrlik ərazi”. Təsəvvür edə bilərsinizmi ki, milyonlarla kvadrat kilometr ərazisi olan, bunun 70 faizi inkişaf etməmiş və lazımi infrastrukturu olmayan biri nə istəyir? İnanırsınızmı ki, ona ancaq əlavə 5800 kvadrat kilometr lazımdır? Onun məqsədi bu deyil. Donbas Ukraynada strateji yerdir”.
Zelenski qeyd edib ki, Rusiya bu bölgəni ələ keçirdikdən sonra Ukraynanın digər regional mərkəzlərinə aparan birbaşa yollar açılacaq:
“Yəni, biz onun niyə Donbası istədiyini bilirik”.