BAKI, 9 aprel. TELEQRAF
“Rusiya ordusunun Konstantinovka və Drujkivkanı aprelin sonunadək ələ keçirmək üçün kifayət qədər qüvvəsi yoxdur, Pokrovsk istiqamətində isə vəziyyət çətin, amma sabit olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu, mümkün deyil, bu gün onların buna gücü çatmır, ona görə də burada müzakirə ediləcək bir şey yoxdur”, - dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, məqsədlərin dəyişməzliyinə baxmayaraq, Rusiya ordusu onlara çatmaq üçün son tarixləri təxirə salmağa məcburdur.
“Buna gücləri çatmır, böyük itkilər verirlər”, - Zelenski əlavə edib.
Dövlət başçısı cəbhədəki hazırkı vəziyyəti çətin, amma Ukrayna ordusu tərəfindən idarəolunan kimi təsvir edib.