BAKI, 9 aprel. TELEQRAF

“Nə düşündüyünü ABŞ Prezidenti Donald Trampın üzünə deyən azsaylı insanlardan biriyəm”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Prezidentin sözlərinə görə, dünyada ABŞ liderinə onun həmişə haqlı olmadığını söyləyə bilən çox az insan var.

“Trampla məndən daha yaxşı münasibəti olan varmı? Zənnimcə, yaxşı münasibətlərimiz var, çünki mən ona nə düşündüyünü deyən azsaylı insanlardan biriyəm. Çox adam ABŞ Prezidentinə onun həmişə haqlı olmadığını deyə bilmir”, - Zelenski qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Ukraynanın ABŞ-nin dəstəyinə ehtiyacı olduğu kimi, ABŞ-nin Ukraynanın dəstəyinə ehtiyacı var:

“Bizim təkcə hərbi dəstəyə yox, ümumiyyətlə, ABŞ-nin dəstəyinə ehtiyacımız var. Onların da bizə - bu müharibə illərində qazandığımız təcrübəyə ehtiyacı var”.