BAKI, 9 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün ABŞ və ya Yaxın Şərqdə baş tuta biləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, İtaliyanın RAI radiosuna verdiyi müsahibədə deyib.

“Putinlə görüşməyə hazıram. Əlbətt, Moskva və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var - Yaxın Şərq, Avropa və ABŞ-da”, - Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin danışıqlar prosesinin davam etdiriləcəyini də vurğulayıb: “İranda baş verənlərə görə Rusiya ilə üçtərəfli danışıqlar təxirə salınmışdı, amma yenidən başlayacaq”.