BAKI, 31 mart. TELEQRAF

Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin “Drujba” neft kəmərini sıradan çıxararaq ölkəsində xaos yaratmağa çalışdığını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

Orbanın sözlərinə görə, Ukrayna Macarıstanın daxili siyasi işlərinə və seçkilərinə təsir göstərmək məqsədilə neft tədarükünü dayandırıb. Macarıstan lideri ölkəsinin bu cür təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb.