BAKI, 24 mart. TELEQRAF

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ABŞ və İsrailin İrana hücumunu “beynəlxalq hüquq pozuntusu” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, İkinci Dünya müharibəsindən sonra Almaniya Xarici İşlər Nazirliyinin bərpasının 75-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

“Beynəlxalq hüququn pozulmasını öz adıyla bəyan etməsək, xarici siyasətimiz daha inandırıcı olmayacaq. Bu müharibə beynəlxalq hüquqa ziddir, buna şübhə yoxdur”, - Ştaynmayer qeyd edib.

Prezident bununla indiyə qədər ABŞ və İsrailin zərbələrini qiymətləndirməkdən yayınan Almaniya hökumətindən fərqli mövqe tutub. Kansler Fridrix Merts yalnız İrana hücumun Berlin üçün dilemma yaratdığını söyləmişdi.