BAKI, 23 mart. TELEQRAF
Şarl Hitler adlı şəxs Fransanın Arsi-sur-Ob şəhərinin meri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticələrə əsasən, Şarl Hitler səslərin 40,59 faizini toplayıb.
Seçkilərin ilk mərhələsindən də uğurla keçən Şarl Hitler həlledici turda rəqibi Antuan Reno-Zelenskini məğlub edib.