BAKI, 18 mart. TELEQRAF
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 1-8 mart tarixlərində keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, bu ay Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad fevralla müqayisədə bir qədər artıb.
Teleqraf xəbər verir ki, bu il Zelenskiyə etimadla bağlı sorğu artıq üç dəfə keçirilib - 23-29 yanvar, 12-24 fevral və 1-8 mart.
İlk iki sorğu göstərib ki, 2026-cı ilin yanvarın sonu - fevralın ortalarında Volodimir Zelenskiyə etimad səviyyəsi əhəmiyyətli dərəcədə - 61%-dən 53%-ə düşüb və ona etibar etməyənlərin sayı 33%-dən 41%-ə yüksəlib.
Yeni sorğuya görə, martda Ukrayna liderinə inam əvvəlki səviyyələrə qayıdıb, 62% təşkil edib. Etibarsızlıq səviyyəsi 32%, inam-inamsızlıq balansı isə 30% olub.