BAKI, 19 fevral. TELEQRAF

“Rusiya tərəfinin və xüsusilə Vladimir Putinin tarix barədə danışmaları sadəcə vaxt udmaq taktikasıdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Müharibəni bitirmək və diplomatiyaya keçmək üçün mənə tarix barədə boşboğazlıq lazım deyil. Putindən az tarixi kitablar oxumuşam. Çox şey öyrənmişəm. Onun ölkəsi haqqında onun Ukrayna haqqında bildiyindən daha çox məlumatım var. Həm də ona görə ki, Rusiyada bir çox şəhərlərdə olmuşam və orada çox insan tanımışam. O isə Ukraynada bu qədər olmayıb. Yalnız böyük şəhərlərdə olub. Mən isə kiçik şəhərlərdə də olmuşam - şimaldan cənuba qədər, hər yerdə.

Mentalitetlərini bilirəm. Məhz buna görə bütün bu mövzulara vaxt sərf etmək istəmirəm. Bu, onların işidir. Rusların özləri belə bir sistemə sahib olmağı seçiblər. Ruslar özlərini dəyişməyə, onlara yeni çarın lazım olduğuna qərar verdilər. Bu, onların seçimidir”, - Zelenski bildirib.