BAKI, 11 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 24-də prezident seçkiləri və Rusiya ilə sülh sazişi üzrə referendum elan edəcəyi barədə məlumat təkzib edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasına istinadla “RBC-Ukraine” məlumat yayıb.

Mənbə bildirib ki, təhlükəsizlik olmayacağı təqdirdə seçkilərlə bağlı heç bir açıqlama verilməyəcək.

Xatırladaq ki, təkzib edilən informasiya “The Financial Times” tərəfindən yayılmışdı.