BAKI, 23 yanvar. TELEQRAF

“Hazırda Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxan alyansa üzv olan ölkələrin sayı tarixi minimum səviyyədədir”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alyona Getmançuk bildirib.

O deyib ki, NATO üzv ölkələri arasında Ukraynanın alyansa dəvət olunması və üzvlüyü barədə hələ konsensus əldə edilməsə də, tendensiya dəyişir:

“Ukrayna ilə NATO arasında münasibətlərin tarixini analiz etsək, bu gün ittifaq üzvləri arasında Ukraynanın gələcəkdə NATO-ya üzv olmasına qarşı çıxan ölkələrin sayı ən aşağı səviyyədədir”.

Getmançuk vurğulayıb ki, alyansda həmişə Ukraynanın üzvlüyünə qarşı olan ölkələr qrupu olub, amma bu qrup tədricən daralır:

“Bəzi ölkələrin mövqeyi dəyişiklik baxımından dönüş nöqtəsindədir. Bu ölkələrə Fransa və Almaniya daxildir”.