BAKI, 16 yanvar. TELEQRAF

Münxen Təhlükəsizlik Konfransı İranın dövlət nümayəndələrinə göndərilmiş dəvətləri ləğv edib.

Teleqraf xəbər verir ki, qarşıdakı konfransda İranın heç bir rəsmi nümayəndəsi iştirak etməyəcək.

Bildirilib ki, bir neçə həftə əvvəl İran hökumətinin bəzi nümayəndələrinə dəvət məktubları göndərilsə də, son hadisələr nəzərə alınaraq bu dəvətlər artıq qüvvədə deyil.

Qurum İran müxalifəti və ya vətəndaş cəmiyyəti nümayəndələrinin dəvət olunması ehtimalı ilə bağlı bəyan edib ki, konfrans mövcud prosesləri diqqətlə izləyir.