BAKI, 14 yanvar. TELEQRAF

Fransa Ukraynanın 90 milyard avroluq Avropa İttifaqı (Aİ) kreditindən ABŞ yox, Avropa istehsalçılarından silah almaq üçün istifadə etməsində israr edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransanın bu mövqeyi Ukraynanın silah əldə etməsini çətinləşdirəcəyi və Avropa istehsalçılarının “Patriot” hava hücumundan müdafiə sistemi də daxil olmaqla, bəzi ABŞ silahlarına alternativ olmadığını düşünən Almaniya və Niderlandla fikir ayrılıqlarına səbəb olub.

Bildirilib ki, Ukrayna üçün kredit planının son versiyası 90 milyard avrodan 60 milyardının birbaşa silah alışına xərclənməsini, qalan vəsaitin isə Kiyevin müdafiə büdcəsi kəsirini ödəmək üçün nəzərdə tutulduğunu göstərir.