BAKI, 7 yanvar. TELEQRAF
“İtaliya baş naziri Corciya Meloni gülünc görünür, həm Rusiyanı təcavüzdə ittiham edir, həm də ABŞ-nin hərəkətlərini haqlı çıxarır”.
Teleqraf xəbər verir ki, bunu italiyalı analitik Cüzeppe Salamone deyib.
İtaliya Baş naziri ABŞ-nin Venesuelaya hücum və Prezident Nikolas Maduronun ələ keçirilməsini “qanuni özünümüdafiə” adlandırıb.
“Ya bu qadın cahildir, ya da vicdansızdır. Hər halda, gülünc görünür”, - Salamone vurğulayıb.
İtaliyalı analitik Corciya Meloninin istər Rusiya-Ukrayna müharibəsi, istərsə də digər qlobal proseslərə yanaşmalarının bir-birinə zidd olduğunu qeyd edib.