BAKI, 1 yanvar. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron İsveçrədəki Krans-Montana dağ xizək kurortunda baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Teleqraf xəbər verir ki, Makron bu barədə sosial şəbəkə hesabında yazıb.
“Krans-Montanadakı yanğından dərin sarsıntı keçirdim. Fikrim həlak olanların ailələri və xəsarət alanlardadır. Fransa tam həmrəylik göstərir və İsveçrəyə, onun xalqına və hakimiyyət orqanlarına qardaşcasına dəstək verir,” – deyə o qeyd edib.
Qeyd edək ki, İsveçrənin Krans-Montana xizək kurortunda yerləşən "Le Constellation" barında ölümlə nəticələnən partlayışda ən azı 100 nəfər yaralanıb, 40 nəfər ölüb.