BAKI, 25 dekabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarını mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyə çağırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat sərhəddə Rusiya vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı çoxsaylı halları qeyd edib.

“Vətəndaşlarımızı mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyə nazirlik və onun xaricdəki nümayəndəliklərinin rəsmi saytlarında dərc olunub”, - Mariya Zaxarova bildirib.