BAKI, 8 dekabr. TELEQRAF

“ABŞ-nin təklif etdiyi sülh planı üzrə danışıqlar zamanı tərəflər Donetsk və Luqansk vilayətlərinin gələcəyi ilə bağlı razılığa gələ bilməyiblər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri bunun sülh planı üzrə ən çətin məsələ olduğunu qeyd edib.

“ABŞ, Rusiya və Ukraynanın fərqli baxışları, Donbasla bağlı ümumi fikrimiz yoxdur”, - o bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev Qərb müttəfiqlərindən, ilk növbədə ABŞ-dən təhlükəsizlik zəmanəti ilə bağlı ayrıca razılaşmada israrlıdır.

“Mənim və bütün ukraynalıların cavab almaq istədiyi bir sual var: Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək?”, - Volodimir Zelenski vurğulayıb.