BAKI, 1 dekabr. TELEQRAF
Keçən həftə Türkiyənin xüsusi iqtisadi zonasında tankerə qarşı baş vermiş hücum vəziyyətin narahatedici dərəcədə gərginləşdiyini göstərir. Bu hücumlar heç cür əsaslandırıla bilməz.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Xüsusi iqtisadi zonamız daxilində ticarət gəmilərinə edilmiş hücumlar vəziyyətin narahatedici dərəcədə gərginləşdiyini göstərir. Bu hücumlar heç cür əsaslandırıla bilməz, çünki onlar dəniz nəqliyyatının təhlükəsizliyi, insan həyatı və ətraf mühitə təhdid yaradır”, - o bildirib.
Həmçinin, Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş hadisələri yaxından izləyir və hər imkan yarandıqda onun dayandırılmasına lazımi töhfəni verməyə hazırdır.