BAKI, 21 noyabr. TELEQRAF
Bu gün ABŞ rəsmiləri Kiyevdə Avropa İttifaqı üzv ölkələrinin səfirləri üçün brifinq keçirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Danışıqların əsas mövzusu ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün hazırladığı 28 bəndlik yeni sülh planının müzakirəsidir.