BAKI, 20 noyabr. TELEQRAF

Polşa hökuməti 2025-ci ilin sonuna qədər PURL (Ukraynanın Prioritet Ehtiyaclarının Siyahısı) proqramı çərçivəsində Ukraynaya ABŞ silahlarının alınması üçün 100 milyon dollar vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərləri ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Mən ilin sonuna qədər Xarici İşlər Nazirliyinin büdcəsindən Ukraynaya hərbi yardım üçün 100 milyon dollar ayırmağı planlaşdırıram. Bu vəsait PURL proqramı çərçivəsində ABŞ silahlarının alınması üçün istifadə olunacaq və bu vəsaiti Aİ-na üzv ölkələr təmin edəcək", - o qeyd edib.