BAKI, 19 noyabr. TELEQRAF
İtaliya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilərin qaytarılması üçün lazımi şəraiti yaratmağı bacarmayıb və Qərbin dəstəyi yalnız zamanı uzatmaq üçündür.
Teleqraf xəbər verir ki, bu barədə “Il Fatto Quotidiano” qəzeti İtaliya müdafiə naziri Quido Krozetto tərəfindən hibrid təhdidlərə qarşı mübarizə mövzusunda hazırlanmış qeyri-rəsmi sənədə istinadla yazıb.
Qəzet sənəddən sitat gətirib: “Ukraynanın Qərbin dəstəyi ilə göstərdiyi müqavimət yalnız vaxt uzatmağa xidmət edir”.
Nəşrin fikrincə, Ukraynanın fəaliyyəti ərazilərin geri qaytarılması üçün zəruri şərait yaratmayıb və ya müharibənin gedişatını köklü şəkildə dəyişməyib.
Həmçinin, sənəddə Rusiyanın insan resursları, texnika, silahlanma və hərbi istehsal baxımından üstünlüyə malik olduğu da qeyd edilib.