BAKI, 15 oktyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsi daha üç il davam edəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Ukraynalılar daha üç il müharibə aparmağı planlaşdırır”, - o qeyd edib.
Xarici işlər naziri əlavə edib ki, Avropa İttifaqı azı üç il bu kursu saxlamağa hazırdır. Sikorski həmçinin əlavə edib ki, Avropa ölkələrinin pilotsuz təyyarələrə qarşı imkanlarını artırmaması məsuliyyətsizlik olardı.