BAKI, 14 oktyabr. TELEQRAF
“Rusiya Ukraynada hərbi əməliyyatı alternativ olmadığına görə aparır, amma sülh yolu ilə həllə hazırdır”.
Teleqraf xəbər berir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya sülh yolu ilə həllə hazırdır. Hazırda alternativ olmadığından xüsusi hərbi əməliyyat davam edir”, – Kremlin nümayəndəsi vurğulayıb.
Peskov qeyd edib ki, Moskva danışıqlara açıqdır və sülh dialoquna hazırdır: “Hər halda Rusiya öz maraqlarını təmin edəcək və qoyulmuş məqsədlərə çatacaq”.