BAKI, 10 oktyabr. TELEQRAF

Polşa NATO-nun razılığı olmadan Ukrayna üzərində Rusiya raketlərini vurmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radislav Sikorski məlumat verib.

“Söhbət NATO-da inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemindən gedir və belə qərarlar (üçüncü ölkə ərazisində raketlərin məhv edilməsi – red.) təkcə Polşa yox, bütün NATO tərəfindən qəbul edilməlidir”, - nazir bildirib.

Rəsmi Kiyev dəfələrlə Varşava və Qərbdəki digər tərəfdaşlardan Rusiya PUA-ları və raketlərini Ukrayna üzərində vurmağı xahiş edib. Polşa hakimiyyəti isə belə addımların risklərini vurğulayır və onların yalnız bütün NATO üzvlərinin razılığı ilə həyata keçirilə biləcəyini bəyan edir.