BAKI, 11 sentyabr. TELEQRAF
Polşa xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarını Rusiya və Belarusa səfər etməməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə RMF24 radiostansiyasının efirində həmvətənlərinə müraciətində deyib.
“Sizdən bir daha xahiş edirəm, çağırış edirəm və yalvarıram: Rusiya və Belarusa getməyin, əgər kimsə getsə, bunu öz riski ilə edəcək”, - Sikorski bildirib.
Polşanın baş diplomatı bu iki ölkəyə səfərlərin təhlükəli olduğunu vurğulayıb.